Hollandiyada bir qrup Şərqi Türküstanlı xanımlarla görüş keçirildi

Hollandiya-Azərbaycan, Türk – Kültür dərnəyinin rəhbəri İlhan Aşkın ONN media -ya verdiyi məlumata əsasən xəbər veririk ki, dərnəyin qərargahında bir qrup Şərqi Türküstanlı xanımlarla görüş keçirilib. Görüşdə müzakirə obyekti Uyqur türkləri və onlara qarşı aparılan beynəlxalq hüquq və normalara zid olan məsələlər müzakirə edilib. Görüşdə Hollandiyada yaşayan Azərbaycanlılar daima Uyqur Türklərinin yanında olduğunu, onların acılarını paylaşdığını və beynəlxalq hüquq və normalara zid olaraq Uyqurlara qarşı qeyri insani hərəkətləri pislənildi. Eyni zamanda təşkilatda toplantılarda mütamadi bu mövzunu gündəmdə saxladığıda bildirildi.