Qadın özünü yanan binadan atdı - VİDEO
Rusiyanın Perm şəhərində ofis mərkəzində güclü yanğın baş verib.
ONN media xəbər verir ki, yanan binada kafe, mağaza, şirkət ofisləri və stomatoloji klinika yerləşir.
Yanğına səbəb qısaqapanma olub. Şahidlərin sözlərinə görə, binada yerləşən rəqs məktəbinin 3 əməkdaşı yanğınsöndürənləri gözləməyərək, özlərini pəncərədən atıblar.
Hadisə nəticəsində xəsarət alan 14 nəfər xəstəxanaya yerləşdirilib.(musavat.com)
