Azərbaycanda daha bir medal yaradılır

Azərbaycanda daha bir medal yaradılır


Azərbaycanda yeni medal yaradılır.

ONN media xəbər verir ki, bu barədə məsələ “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanunun 2-ci maddəsinə təklif edilən dəyişiklikdə “Qızıl Ulduz” medalının yaradılması nəzərdə tutulur.

Məsələ Milli Məclisin fevralın 1-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Geri qayıt