Qatardan 500 sərnişin təxliyə olundu - Bomba HƏYƏCANI

Almaniyanın Frankfurt şəhərində sürət qatarından 500-ə yaxın sərnişin təxliyə olunub. ONN media xəbər verir ki, buna qatarda bomba olması barədə anonim zəng səbəb olub. Sərnişinlər qatardan çıxarıldıqdan sonra axtarışlar davam etdirilir. Hadisənin digər təfərrüatları hələlik məlum deyil.