Nəqliyyat Nazirliyində YANĞIN

Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yanğın olub.
ONN media xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.
Əraziyə 6 yanğınsöndürmə briqadası göndərilib. Yanğının kabinetlərdən birində baş verdiyi aşkar edilib. Döşəmə, şkaf və soyuducu alışıb.
Yanğın söndürülüb. Xəsarət alan yoxdur.