Azərbaycanda daha bir vəzifəli şəxs işdən ÇIXARILDI

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Zakir Babayev bir neçə gün əvvəl işdən çıxarılıb. ONN media xəbər verir ki, bu barədə Oxu.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib. Onun sözlərinə görə, hazırda bu vəzifəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İcra Aparatının Sosial Təminat Siyasəti şöbəsinin müdiri Himalay Məmişov icra edir. Xatırladaq ki, Z.Babayev bu vəzifəyə Elman Mehdiyevdən sonra gəlmişdi.