Gömrük işçiləri peşə bayramını qeyd edir

Bu gün Azərbaycanın gömrük orqanlarının yaradılmasının bu gün 27-ci ildönümüdür.
ONN media xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan suverenliyini bərpa etdikdən üç ay sonra - 1992-ci il yanvarın 30-da yaradılıb.
Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla hər il yanvarın 30-u gömrük əməkdaşlarının peşə bayramı günü elan edilib.
Qeyd edək ki, dünən Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.