27 il öncə xəstəxanada övlad dünyaya gətirən qadına "uşağın öldü" deyiblər və həmin körpə valideyn qayğısından uzaq uşaq evində böyüməli olub.
ONN media oxu.az-a istinadən bildirir ki, illər sonra valideynlərinin axtarışına çıxan 27 yaşlı Nuranə onları tapa bilib və ailənin qovuşma anı ATV-də yayımlanan "BizimləSən" verilişində canlı yayımlanıb.
Proqramın aparıcısı Zaur Baxşəliyev Nuranənin valideynlərinə göz aydınlığı verib, onların nənə-baba olduqlarını söyləyib. İllərlə valideyn həsrəti ilə yaşayan Nuranə ailə qurub və ana olub.