Bakı metrosuna yeni vaqonlar gətiriləcək

Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə “Bakı Metropoliteni” QSC arasında 81-765.B/766.B modelli 30 metro vaqonunun tədarükü barədə müqavilə imzalanıb. ONN media Trend-ə istinadən xəbər verir ki, müqaviləyə əsasən 2019-ci ilin sonunadək Bakı metrosu üçün 6 qatar tikiləcək. Müqaviləni “Metrovaqonmaş”ın baş direktoru Boris Boqatıryov və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov imzalayıb. İlk vaqonların bu ilin ikinci rübündə tədarük olunması planlaşdırılır. Yeni model vaqonlar qapıların açılıb-bağlanması zamanı yeni işıqlandırıcı xəbərdarlıq sisteminə malikdir. Bundan başqa vaqonlar güclü isti və səs izolyasiya sistemi, ventilyasiya ilə təchiz edilib.