Vəzifəyə təyin olunan Elvin Basqallıdan — İLK AÇIQLAMA

"Space" telekanalının Xəbərlər Departamentinə rəhbər təyin olunan Elvin Basqallı ilk açıqlamasını verib.
ONN media xəbər verir ki, baş redaktor "Ölkə.Az"a açıqlamasında bildirib ki, ona göstərilən etimadı doğrultmağa çalışacaq:
"Artıq altıncı ildir ki, "Space" telekanalının xəbərlər xidmətində çalışıram. Təxminən son iki ildə isə baş redaktor vəzifəsini icra edirdim. Bu gün gördüyüm iş rəsmiləşdi. Bu etimada görə telekanalın prezidenti Vaqif Mustafayevə təşəkkürümü bildirirəm. İndi məsuliyyətim ikiqat artıb. Ümid edirəm ki, bundan sonra da tamaşaçılardan qazandığımız etimadı doğrulda biləcəyik. Bütün komandamıza uğurlar arzu edirəm".
E.Basqallı "bundan sonra xəbər aparıcısı kimi fəaliyyətiniz davam edəcəkmi" sualını da cavablandırıb:
"Bəli, xəbər aparıcısı kimi də işimi davam etdirəcəyəm. Çünki özümü xəbərsiz təsəvvür etmirəm".
Qeyd edək ki, E.Basqallı uzun müddətdir departamentin rəhbər müavini və "Hər gün"ün əsas buraxılışının aparıcısı idi.