AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirildi

AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirildi

Fevralın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin büro iclası keçirilib. Tədbirdə büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər. AMEA -dan ONN media -ya verilən məlumata görə, iclası giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Nərgiz Axundova iştirakçılara gündəlikdəki məsələlər haqqında məlumat verib. İlk olaraq bölmənin elmi müəssisələrinin, həmçinin kənar təşkilatların ictimai elmlər sahəsində 2018-ci ildə əldə etdikləri mühüm nəticələri müzakirə olunub. Mühüm elmi nəticələrin müəllifi olan alimlər elmi nailiyyətlərinə dair təqdimatlarla çıxış ediblər. Çıxışlar dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb, tövsiyələr verilib. Bölmə məsələ ilə bağlı müvafiq qərar qəbul edib. Tədbirdə akademik Asəf Nadirovun 90 illik yubileyinin keçirilməsinə dair qərar qəbul edib. Sonra digər cari məsələlərə baxılıb.

Geri qayıt