"Survivor"un yeni aparıcısı kim olacaq?

"Survivor"un yeni aparıcısı kim olacaq?


Türkiyənin "TV 8" kanalında yayımlanan "Survivor" yarışmasının yeni aparıcısı bəlli olub. 

ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarışmanı Acun Ilıcalı ilə Murat Ceylan aparacaq. 

Murat Ceylan 2013 və 2018-ci illərdə sözügedən yarışmada iştirakçı qismində çıxış edib. Ötən mövsüm isə "Survivor"a Alp Kırşan aparıcılıq edirdi.

Həm Türkiyədə, həm də Azərbaycanda böyük həyəcanla izlənən "Survivor" bu axşam tamaşaçıların görüşünə gələcək.

Geri qayıt