Zəlzələ ilə bağlı siğorta ödənişi nə qədər olacaq?

Zəlzələ ilə bağlı siğorta ödənişi nə qədər olacaq?


Zəlzələdən zərərçəkənlərə sığorta ödənişləri gələn həftədən etibarən verilməyə başlanacaq.
 
ONN media xəbər verir ki, bunu "AzSığorta” ASC-nin İdarə Heyətinin sədri Anar Talıbov deyib.
 
Onun sözlərinə görə, hazırda şirkətə müraciətlərin sayı 70-i keçib:
 
"Operativ cavablandırma üçün hadisə yerində qərargah yaradılıb. Hazırda vurulan ziyanın məbləği araşdırılır. Sığorta ödənişləri gələn həftədən verilməyə başlayacaq”.
 
A.Talıbov əlavə edib ki, hər sığorta halı üçün minimum sığorta ödənişi 1-1,5 min manat, maksimum məbləğ 30 min manat təşkil edəcək. Trend
Geri qayıt