Qeyri-adi hadisə - “Yanar bulaq”dan palçıq püskürdü -VİDEO

Astara rayonunun Ərçivan qəsəbəsində tarixi abidə kimi qorunan “Yanar bulaq”da qeyrı-adi təbiət hadisəsi baş verib.
ONN media xəbər verir ki, yerli sakinlərin məişətdə istifadə etdikləri bulaqdan su ilə birlikdə palçıq püskürüb.
Qəsəbə sakinləri bu hadisəni palçıq vulkanlarının aktivləşməsi ilə əlaqələndirirlər.(Azərtac)