Fəxrəddin Hüseynov İlham Əliyevə müraciət ünvanladı

ONN media Fəxrəddin Hüseynovun öz facebook səhvəsində prezident İlham Əliyevə ünvanladığı müraciətin məzmununu təqdim edir.
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HÖRMƏTLİ İ.H.ƏLİYEV CƏNABLARINA Fəxrəddin Hüseyn oğlu Gülməmmədov – Tibb DOKTORU, Professor.
O, 31 dekabr 1945-ci ildə anadan olub. 1963-cü ildə 11 illik məktəbi fərqlənmə attestatı ilə bitirərək Azərbaycan Tibb İnstitutunun (indiki ATU) pediatirya fakültəsinə daxil olub və 1969-cu ildə məzun olmuş, İliç (indiki Şərur) rayon Uşaq xəstəxanasına həkim göndərilmişdir. Təyinat müddəti başa çatdıqdan sonra 1973-cü ildə Bakı şəhərinə qayıdaraq həkimlik fəaliyyətini davam etdirmişdir. 1973-1975-ci illərdə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda Kliniki ordinatura təhsilini almışdır. Fəxrəddin Gülməmmədov 1975-1978-ci illərdə Elmi Tədqiqat Pediatriya İnstitunda elmi işçi, 1978-1982-ci illərdə Rusiya Elmlər Akademiyasının Pediatriya İnstitutunda məqsədli aspiranturada oxumuş, 1983-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alaraq elmi-pedaqoji fəaliyyətini Azərbaycan Tibb Universitetində davam etdirmişdir. Ona 1990-cı ildə dosent elmi rütbəsi verilmişdir. Fəxrəddin Gülməmmədov 1995-ci ildə dövlətlərarası müqavilə əsasında Türkiyə Cümhuriyəti Van Yüzüncü il Univesiteti Tibb fakültəsində elmi-pedoqoji fəaliyyətə başlamışdır. 2008-ci ildə ona Türkiyə Cümhuriyyəti YÖK (Ali Attestasiya Komitəsi) Qərarı ilə professor elmi rütbəsi verilmişdir.
Fəxrəddin Gülməmmədov 2013-cü ildə doğma vətənə qayıdaraq Azərbaycan Tibb Universtitetində elmi-pedaqoji fəaliyyətini davam etdirməyə başlamışdır. Onun dünyanın tanınmış tibb jurnallarında elmi məqalələri çap olunmuşdur. 100-ə yaxın elmi və elmi-publisistik məqalənin, tədris vəsaitlərinin müəllifidir.
Fəxrəddin Gülməmmədov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Universitetin yüksək ixtisaslı mütəxəssisidir. 1992-1995-ci illərdə Azerbaycanda Difteriya epidemiyasının ləğv olunmasında Səhiyyə Nazirliyinin məsul nümayəndəsi olmuşdur. Bakı şəhəri Səhiyyə İdarəsinin sağlam ve xeste uşaqların qidalanmsı üzrə ştatdan kənar mütəxəssisi olmuşdur. 1988-ci ildən başlayaraq atəşkəs elan olana qədər Qarabağ hadisələrinin bütün qaynar nöqtələrində uşaq əhalisinə tibbi xidmət etmək üçün könüllü surətdə ve təmənnasız çalışmışdır.
Lakin, 50 illik fəaliyyəti müddətində heç bir tənbehi olmayan mütəxəssisə Səhiyyə Nazirliyi və ATU rəhbərliyi biganəlik göstərərək adi təşəkkür belə edilməmişdir!? Əksinə illərdir şantaj edilərək bütün həyatını sərf etmiş sevimli işindən ayrılmağa məcbur edilməkdədir…Bu yolverilməz məmur ozbaşınalığından xəbərinizin olmasını istərdim…
SAYQILAR, HÖRMƏTLƏR MÖHTƏRƏM PREZİDENT!