Ölkədə qızıl və gümüş ucuzlaşıb

Ölkədə qızıl və gümüş ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. ONN media xəbər verir ki, fevralın 22-də qızılın qiyməti fevralın 21-i ilə müqayisədə 26,6645 manat azalaraq 1 unsiya üçün 2251,854 manat təşkil edib. Gümüş 0,3681 manat ucuzlaşaraq 1 unsiya üçün 26,9017 manata bərabər olub. Platinin qiyməti 1,1475 manat azalaraq 1404,659 manat, palladiumun qiyməti isə 30,974 manat azalaraq 2509,217 manat təşkil edib.

Geri qayıt