Rusiyadan Azərbaycana gələn turistlərin sayı artır

2018-ci ildə Rusiyadan Azərbaycana səfər edən turistlərin sayı bir milyona yaxınlaşıb ki, bu da 2017-ci illə müqayisədə 5 fazi çoxdur.
ONN media xəbər verir ki, bunu Azərbaycan üzrə turizm şurasının baş direktoru Florian Senqstşmid deyib.
Onun sözlərinə görə, 2018-ci ildə Rusiyadan Azərbaycana 900 min turist səfər edib.
“Odur ki, Rusiya Azərbaycan üçün önəmli turist tərəfdaş ölkəsi kimi hesab olunur. Ölkələr arasında çox gözəl nəqliyyat əlaqəsi mövcuddur və hansı ki, bu turizmin inkişafında müstəsna rola malikdir. Digər vacib məsələlərdən biri də dil məsələsində problemin olmamasıdır. Azərbaycanda rusca çox gözəl danışırlar və hər zaman rusiyalı qonaqlara istənilən lazımi yardımı göstərməyə hazırdırlar”,- deyə Senqstşmid bildirib.
Senqstşmid onu da əlavə edib ki, rusiyalı turistləri Azərbaycana səfər etməsinin digər üstün cəhəti vizanın olmamasıdır: “Yetər ki, bilet al, əyləş təyyarəyə və Azərbaycana səfər et”.(Ölkə.az)