Bu prospektdə hərəkət məhdudlaşdırılacaq

Bu prospektdə hərəkət məhdudlaşdırılacaq


Fevralın 23-də Bakının Xətai rayonu, Xocalı prospektində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə ONN media-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilir ki, avtomobillərin hərəkətinin məthdudlaşdırılmasına səbəb prospektdə üfüqi nişanlanma xətlərinin çəkilməsidir.

Bu məqsədlə adıçəkilən ərazidə gün ərzində hərəkət qismən məhdudlaşdırılacaq.

Geri qayıt