Hollandiyada Xocalı soyqrımı anıldı

Hollandiyada Xocalı soyqrımı anıldı


Hollandiya Türk Kültür dərnəyinin rəhbəri İlhan Aşkının ONN media-ya verdiyi məlumata əsasən bildiririk ki, 1992-ci il fevralın 26-da Xocalıda baş verən dəhşətli hadisədə həyatını itirənlər Hollandiyada anılıb. 

Hollandiya Azərbaycan  Türk Kültür Dərnəyinin Lahey kəndindəki Xocalı Soyqrımı abidəsinin qarşısında təşkil edilən anım tədbirində Türkiyənin Lahey Səfirliyindən Səfir Alper Yüksel, Azərbaycan Diaspor İşləri Dövlət Komitəsi rəhbəri  Fuad  Muradov , Azərbaycanın Lahey Səfirliyi məsləhətçisi Cəlal Mirzəyev və Xristian Birlik Partiyasının Millətvəkili Chris van Dam iştirak edib.

Tədbir bir dəqiqəlik süküt və Quran-i Kərimin oxunması ilə başlayıb.

Anım tədbirində çıxışlar edilib, Xocalıda həyatını itirənlət rəhmətlə anılıb, bu hadisəni törədənlər lənətlənib.

 


Geri qayıt