Duzun daha bir zərəri müəyyən edildi
Almaniyanın Münhen Texniki Universitetinin alimləri qidada həll olmuş duzun çöküntüsünün insan orqanizmində allergik reaksiyaları inkişaf etdirdiyini müəyyən edib. ONN media xəbər verir ki, bu barədə "MedicalXpress"də dərc olunan press-relizdə deyilir.
Mütəxəssislər araşdırma zamanı atopik dermatitdən (xroniki allergik dəri xəstəliyi - red.) əziyyət çəkən pasiyentin dərisindən götürülmüş nümunəni müayinə edib.
