Qızıl-gümüş bazarı həftəyə bahalaşma ilə başladı
Azərbaycanda qızıl və gümüş bahalaşıb. ONN media xəbər verir ki,, fevralın 25-də qızılın qiyməti fevralın 22-i ilə müqayisədə 10,7355 manat artaraq 1 unsiya üçün 2262,5895 manat təşkil edib. Gümüş 0,2537 manat bahalaşaraq 1 unsiya üçün 27,1554 manata bərabər olub. Platinin qiyməti 39,423 manat artaraq 1444,082 manat, palladiumun qiyməti isə 46,563 manat artaraq 2555,78 manat təşkil edib.
