İmtahanda 2 nəfər ən yüksək bal topladı
Fevralın 24-də keçirilmiş magistraturaya qəbul imtahanının birinci mərhələsinin cavabları açıqlanıb. İmtahanda ən yüksək nəticəni Tural Əhmədov və Rəhman Mustafayev göstərib. ONN media xəbər verir ki, onlar maksimum 100 ballıq sistem üzrə 97 bal toplayıblar. T.Əhmədovun məntiq müəllimi olduğu bildirilib. Qeyd edək ki, magistraturaya qəbul imtahanının ikinci mərhələsi mayın 26-da keçiriləcək.
