Kim Çen İnlə Donald Trampın görüşü başladı

ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İn arasında Vyetnamın paytaxtında zirvə görüşü başlayıb.
ONN media xəbər verir ki, danışıqlar “Sofitel Legend Metropole” otelində keçirilir.
Ağ Evdən bildirilib ki, Tramp və Kim Çen əvvəlcə 20 dəqiqə təkbətək görüşəcəklər. Sonra isə işgüzar şam yeməyi yeyiləcək.
Liderlər danışıqları növbəti gün davam etdirəcəklər. Tərəflər Sinqapur görüşündə əldə edilən razılaşmaları müzakirə edəcəklər.
ABŞ prezidenti bildirib ki, Kim Çen İnlə görüş keçirməkdən məmnundur və sammitin uğuruna inanır:
“Kimlə birlikdə olmaq şərəfdir. Sizinlə burada olmaq gözəldir”. Ölkə