Məşhur aparıcı efirə qayıdır

Məşhur aparıcı efirə qayıdır

Aparıcı Yusif Ağayev uzun fasilədən sonra efirə qayıdır. ONN media xəbər verir ki, Yusif "Zövqə doğru" adlı yeni proqram hazırlayıb. Bu haqda aparıcı özü xəbər yayıb. O bildirib ki, verilişi yaxın günlərdə ATV-də yayıma başlayacaq. Y.Ağayev dəblə bağlı olan proqramda gənc qızların yarışacaqlarını deyib. "Münsiflərimiz tanınmış simalar olacaq. Gözəlliyinizə-gözəllik qatın" deyərək, Yusif xanımlara müraciət edib.

Qeyd edək ki, Y.Ağayev bir neçə mövsüm ATV-də "10-dan sonra" verilişinə aparıcılıq edib. Daha sonra o, proqramı əməkdar artist Əkbər Əlizadəyə həvalə edib. Bir müddət "ATV səhər"ə aparıcılıq edən Ağayev ordan da uzaqlaşıb.(axşam)
Geri qayıt