Donald Trampla Kim Çen In birgə saziş imzalayacaq

ABŞ Prezidenti Donald Trampla Şimali Koreya Dövlət Şurasının sədri Kim Çen In Hanoy sammiti çərçivəsində sabah - fevralın 28-də saziş imzalamaq niyyətindədirlər. ONN media TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb. İmzalanacaq sənədin mahiyyəti açıqlanmır. Bununla yanaşı, tərəflərin həmin gün 45 dəqiqə ərzində təkbətək görüş keçirəcəkləri də bildirilir.