"Mən hazır olmasaydım, burada olmazdım"- Kim Çen In

Şimali Koreya lideri Kim Çen In KXDR-in nüvəsizləşdirilməsini həyata keçirməyə hazır olduğunu bildirib.
ONN media xəbər verir ki, o bunu ABŞ prezidenti Donald Trampla görüşdə deyib.
"Mən hazır olmasaydım, burada olmazdım", — deyə Kim Çen In bildirib.
Öz növbəsində, Tramp Kim Çen Inın bəyanatını "ən yaxşı cavab" adlandırıb.