Dolların məzənnəsi 3 gün belə olacaq

Martın 4-ə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan ONN media -ya verilən məlumata görə, 04.03.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, 2019-cu il martın 1-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.