Yanacaq borusu partladı, onlarla insan YOX OLDU

Nigeriyanın cənubunda yanacaq borusu partlayıb. ONN media xəbər verir ki, partlamaya sızıntı səbəb olub. Hadisə zamanı 50-dən çox insan itkin düşüb. Nigeriya rəhbərliyinin məlumatına görə, partlayış ərazisində izdiham var. Yerli KİV-in məlumatına görə, partlayış yerli saatla 04.00-da Nembe bölgəsində meydana gəlib. "Nembe Creek Trunk" xəttində yanacaq sızıntısından sonra təmir işləri aparılan zaman partlayış baş verib. Partlayış zamanı 6 yaşayış sahəsinə zərər dəyib. Ölkə rəhbərliyi ərazidə olan təmiz su qaynaqlarına sızıntı ola biləcəyi barədə xəbərdarlıq edib. Yerli əhalinin diqqətli olması məsləhət görülüb.