KOBİA ilə Səudiyyə Ərəbistanının Baş İnvestisiya Agentliyi Proqram imzalayıb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Agentliyi arasında ikitərəfli investisiya əlaqələrinin genişləndirilməsi üzrə çərçivə əməkdaşlığı Proqramı imzalanıb.
ONN media xəbər verir ki, imzalanma mərasimi Azərbaycan və Səudiyyə Ərəbistanı arasında Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində baş tutub.
