Kürdə son vəziyyət necədir? - ETSN

Kürdə son vəziyyət necədir? -  ETSN

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-120, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-80 faizini təşkil edir. Departamentdən ONN media -ya verilən məlumata görə, martın 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 115 kubmetr olmaqla ongünlük normanın 47 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 48 kubmetr təşkil etməklə ongünlük normanın 58 faizinə bərabərdir. Martın 4-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 2, Şirvanda 10, Salyanda 13, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində isə 3 santimetr azalıb. Hazırda suyun səviyyəsi Surra məntəqəsində 352, Şirvanda 203, Salyanda 151, Bankədə 168, Araz çayının Novruzlu məntəqəsində isə 50 santimetrə bərabərdir.

Geri qayıt