Bakının bu hissəsində su olmayacaq - QƏZA VAR

Bakının bu hissəsində su olmayacaq - QƏZA VAR

Kür-Bakı magistral su kəmərində qəza baş verib. ONN media xəbər verir ki, bu barədə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. A.Cəbrayıllının sözlərinə görə, baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün gecə saatlarınadək Bakı şəhəri Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrinə) içməli suyun verilməsi dayandırılacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Geri qayıt