Ramil Usubov Göyçaya gedir

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov 2019-cu il aprelin 27-də Göyçay Rayon Polis Şöbəsində Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş, Göyçay şəhər və rayonlarının sakinlərini qəbul edəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONN media -ya bildiriblər ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.