"Standartlaşdırma haqqında" qanun dəyişdirilir

Azərbaycanda "Standartlaşdırma haqqında" yeni qanun layihəsi yenidən Milli Məclisdə müzakirəyə çıxarılıb.
ONN media xəbər verir ki, MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 5-də keçirilən iclasında müzakirəyə çıxarılan qanun 5 fəsil və 26 maddədən ibarət olacaq. Qanun standartlaşdırmanın məqsəd və prinsiplərini, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqini, bu sahədə fəaliyyətin maliyyələşdirilməsi mənbələri və digər məsələləri müəyyən edir. Qeyd edək ki, qanun layihəsi ötən il müzakirəyə çıxarılsa da, sonradan təxirə salınmışdı. Qanun layihəsinin Milli Məclisin plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılması nəzərdə tutulur.