MTRŞ telekanallardan birini cərimələdi

MTRŞ telekanallardan birini cərimələdi


Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) "Space" televiziyasını cərimələyib.

Bu barədə ONN media-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov bildirib: "Space TV-nin "Hər səhər" verilişində efirə getmiş ədəbsiz söz ve ifadələr MTRŞ tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib və 5 aprel 2019-cu il tarixində kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ile bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qərar qəbul edilib. İş məhkəməyə göndərilib".

Geri qayıt