Bakıda 10 milyon nəfər olmağımız şərəfinə MÖHTƏŞƏM atəşfəşanlıq oldu

Bakıda 10 milyon nəfər olmağımız şərəfinə MÖHTƏŞƏM atəşfəşanlıq oldu


Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə bu gün paytaxtda bir sıra tədbirlər keçirilib.
ONN media oxu.az-a istinadən bildirir ki, Dənizkənarı Milli Parkda incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təşkil olunub. Musiqili gecədə şou-biznesin parlaq ulduzları rəngərəng çıxışları ilə tamaşaçılara əyləncə dolu anlar yaşadıblar. Konsertdə çıxış edən Xalq artisti Aygün Kazımovun ifası xüsusi maraqla qarşılanıb. Saat 22:15-də Dənizkənarı bulvarda möhtəşəm atəşfəşanlıq təşkil olunub.
Geri qayıt