Azərbaycanda yeni xəbər kanalı fəaliyyətə başlayacaq

Azərbaycanda yeni xəbər kanalı fəaliyyətə başlayacaq


Azərbaycanda yeni - ikinci xəbər kanalı fəaliyyətə başlayacaq.

ONN media xəbər verir ki, bunu Milli Tele-Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli parlamentin bu gün keçirilən komitə iclasında deyib.

O qeyd edib ki, artıq bununla bağlı müsabiqə elan edilib və yaxın vaxtlarda bu yöndə Şura tərəfindən müvafiq qərar qəbul ediləcək: "Yaxın günlərdə yeni - ikinci xəbər kanalı ilə bağlı qərar verilməsi nəzərdə tutulur. Hesab edirəm ki, indiki zamanda buna ciddi ehtiyac var".

Geri qayıt