Dünyada ilk dəfə 3D formatında ürək çap edildi

İsrailin Təl-Əviv Universitetinin mütəxəssisləri dünyada ilk dəfə insan hüceyrəsindən istifadə etməklə 3D formatında diri ürək çap ediblər. ONN media xəbər verir ki, “çap prosesi” zamanı onlarla diri ürək çap olunub. Bu ürəklər funksionallığının tədqiq olunması üçün heyvanlara yerləşdiriləcək. Qeyd olunur ki, 3D formatında çap olunmuş ürəklərin ölçüsü 2,5 santimetr təşkil edir ki, bu da dovşan ürəyinin ölçülərinə uyğundur. Bir ürəyin çap olunması 3,5 saat davam edib.