Bu yolda xətlənmə işləri aparılacaq

Bu yolda xətlənmə işləri aparılacaq

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ONN media -ya verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir. Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Geri qayıt