Bu il Rusiyadan Azərbaycana gələn turst sayı nə qədərdir?

"Ötən il Rusiyadan Azərbaycana 870 mindən çox, bu ilin ilk 3 ayı ərzində isə 167 mindən çox turist gəlib".
ONN media bildirir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
F.Nağıyevin sözlərinə görə, Rusiyadan Azərbaycana turistləri cəlb etmək üçün tək bu ölkənin mərkəzində deyil, həmçinin regionlarında da aktiv iş aparılması vacibdir. 2019-cu ildə Azərbaycanın turizm imkanlarının Rusiyada təbliği işlərinin intensivləşdirilməsi istiqamətində tədbirlərin keçirilməsi planlaşdırılır.
Agentlik sədri qeyd edib ki, Rusiya Azərbaycan turizmi üçün ən əsas bazarlardan biridir və burada aktiv təbliğat işləri aparılır. 2018-ci ilin dekabrından Moskvada ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyətə başlayıb.