DİQQƏT! Bu yolda dəyişikliklər edilib

DİQQƏT! Bu yolda dəyişikliklər edilib

Biləcəri dairəsində və dairəyə birləşən yollarda sıxlığın azaldılması istiqamətində Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında hərəkətin təşkilində müəyyən dəyişikliklər edilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ONN media -ya verilən məlumata görə, mövcud dairə genişləndirilib, yeni təhlükəsizlik adacıqları yaradılıb, səki və təhlükəsizlik adacıqlarına 6 min kv.m-ə yaxın bəzək daşları düzülüb, yeni üfiqi nişanlanma xətləri çəkilib. Həmçinin 20 min kv.m-ə yaxın sahədə yeni yol infrastrukturu yaradılıb. Dəyişikliklər Binəqədi rayonu, Binəqədi şosesi ilə Bakı Beynəlxalq Avtovağzalı birləşdirən və 6 km uzunluğa malik avtomobil yolunun AAYDA tərəfindən yenidən qurulması layihəsinə uyğun olaraq aparılır.

Geri qayıt