Azərbaycanda qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. ONN media xəbər verir ki, mayın 10-da qızılın qiyməti mayın 8-i ilə müqayisədə 0,7225 manat azalaraq 1 unsiya üçün 2187,39 manat təşkil edib. Gümüş 0,2697 manat ucuzlaşaraq 1 unsiya üçün 25,1462 manata bərabər olub. Platinin qiyməti 29,461 manat azalaraq 1457,529 manat, palladiumun qiyməti isə 43,197 manat azalaraq 2233,1795 manat təşkil edib.