"Google"dan yenilik

Google şirkəti özünün I/O 2019 tədbiri çərçivəsində axtarış sisteminin yenilənmiş versiyasını təqdim edib. ONN media bildirir ki, axtarış sisteminin yenilənmiş versiyasına artırılmış reallıq (AR) texnologiyası inteqrasiya edilib. "Gagadget"də yer alan məlumata görə, bundan sonra axtarış sisteminin axtarış nəticələrində standart fotolar, məlumatlar və linklərdən əlavə olaraq həmçinin 3D modellər də əks olunacaqlar. İstifadəçilər smartfon kamerasından istifadə edərək real dünya ilə virtual dünyanı birləşdirərək müəyyən obyektin real həyatda necə görünəcəyini müşahidə edə bilərlər. İlk 3D modellər axtarış sisteminə bu ayın sonunda əlavə ediləcək.