“Anatolian Phoenix-2019” təlimləri davam edir - VİDEO

Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimləri davam edir.
Bu barədə ONN media -ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimlərin növbəti mərhələsində ssenariyə əsasən qəzaya uğramış aviasiya vasitəsi ekipajlarının yerinin müəyyən olunaraq xilas edilməsi məqsədilə axtarış-xilasetmə əməliyyatları həyata keçirilib.