Ölkənin qızıl-gümüş bazarı ucuzlaşır

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. ONN media xəbər verir ki, mayın 21-də qızılın qiyməti mayın 20-i ilə müqayisədə 1,3515 manat azalaraq 1 unsiya üçün 2168,6475 manat təşkil edib. Gümüş 0,0007 manat ucuzlaşaraq 1 unsiya üçün 24,5459 manata bərabər olub. Platinin qiyməti 6,154 manat azalaraq 1393,915 manat, palladiumun qiyməti isə 31,5945 manat artaraq 2276,011 manat təşkil edib.