ONN media

Qara dənizdə Azərbaycanın fider gəmisi işləyəcək

Qara dənizdə Azərbaycanın fider gəmisi işləyəcək
06 Sentyabr 2019 - 22:48

“Azərbaycan Xəzər Dənizi Gəmiçiliyi” QSC sentyabrın 20-dək Qara dənizdə Trans-Xəzər beynəlxalq nəqliyyat xətti (TİTR – Trans-Caspian İnternational Transport Route) çərçivəsində müntəzəm fider konteyner daşımalarını (Middle Corridor) həyata keçirəcək fider gəmisi işə salacaq.

ONN media xəbər verir ki, bu, sözügedən marşrutda işləyəcək ilk gəmi olacaq.

“Middle Corridor” çərçivəsində Gürcüstanın Batumi/Poti və Rumıniyanın Konstanta limanları arasında müntəzəm fider daşımalarına dair beynəlxalq işçi qrupu iştirakçılarının qənaətincə, həmin xəttin fəaliyyətə başlaması Qara dəniz üzərindən yük daşımalarını xeyli tezləşdirməklə tarifləri də daha əlverişli səviyyəyə gətirəcək, bununla da sözügedən marşrutda konteyner daşımalarını artıracaq.

Plana görə, Batumi ilə Konstanta arasında daşıma müddəti bir istiqamətdə 5 gün olacaq. Bu xətdə əsasən Avropa – Çin – Avropa istiqamətli tranzit yüklərin, habelə Avropa – Mərkəzi Asiya – Avropa istiqamətli ixracat yüklərin daşınacağı güman olunur.

“Middle Corridor” Çin və Mərkəzi Asiyanı Qazaxıstanla Azərbaycan üzərindən Xəzər dənizində gəmilər vasitəsilə Avropa İttifaqı ölkələrilə birləşdirəcək nəqliyyat dəhlizidir. TİTR Beynəlxalq Asosiasiyasının üzvü Polşa, Ukrayna, Rumıniya, Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Çin dəmir yolu və dəniz nəqliyyatı ilə bağlı dövlət qurumları, logistika şirkətləridir.

Fider daşımaları yüklərin konteyner vs. vasitələrlə daşınması iri limanlarda cəmləşdirmək və ya oradan göndərilməsi üçün kiçik gəmilərin istifadəsini ehtiva edir. Daşımalarda fider sistemi adətən dəniz və çay gəmiçiliyini qovuşdurmaqla qısa və orta məsafəli xətlərdə kiçik partiya yüklərin nəqlini əhatə edir.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png