ONN İnformasiya Agentliyi

“Qarabağ” dayaq bloku bir ay ərzində dənizdə quraşdırılacaq — AÇIQLAMA

“Qarabağ” dayaq bloku bir ay ərzində dənizdə quraşdırılacaq — AÇIQLAMA
11 Avqust 2020 - 13:20

“Qarabağ” dayaq blokunun hündürlüyü 187 metrdir. Xəzər dənizində ən böyük dayaq blokudur”.

ONN media xəbər verir ki, bunu “Qarabağ” əməliyyat şirkətinin layihə rəhbəri Ağamalı Qurbanov bildirib.

O qeyd edib ki, dayaq blokunun bir ay müddətində dənizdə quraşdırılması planlaşdırılır:

“Dəniz əməliyyatlarında normal hava şəraiti zamanı 260-280 gün lazımdır ki, blok dənizdə quraşdırılsın”.

O qeyd edib ki, blok vasitəsilə yataqdan 21 milyon tondan çox neftin hasil olunması nəzərdə tutulur. Eyni zamanda, yataqdan 13 milyard kubmetrdən çox qazın hasil olunması planlaşdırılır.

“Platformadan altı neft quyusu, üç suvurma və iki sualtı qaz quyusu qazılacaq”, – deyə layihə rəhbəri əlavə edib.(oxu.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png