Qardaş ölkədə benzin, qaz bahalaşdı

Qardaş Türkiyədə son günlərdə məişətdə işlədilən təbii qazın qiyməti 30% artırıldı – indi bir kub metr qazın dəyəri 3 lirə 64 kuruş, yəni 38 qəpik oldu.

ONN media xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli yazıb. O bildirib ki, elektrik enerjisi almaq üçün istifadə edilən qazın qiyməti də artıb, bu isə növbəti günlərdə elektrik qiymətlərini artıracaq:

“Sənayedə istifadə edilən qazın qiyməti də 40% artıb, deməli, sənaye məhsullarının qiyməti də kəskin artacaq.

Bu gün Türkiyədə benzin 26 lirə 23 kuruş, dizel isə 25 lirə 94 kuruş oldu – son bir ildə benzinin qiyməti 239%, dizelin qiyməti isə 258% artıb, ölkədə rəsmi inflyasiya 70%-ə yaxınlaşıb ki, bu da dünyada ən yüksək rəqəmlərdən biridir”.