Qızıl-gümüş bazarında qiymətlər necədir?

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

ONN media bildirir ki, oktyabrın 10-da qızılın qiyməti oktyabrın 9-u ilə müqayisədə 4,3945 manat artaraq 1 unsiya üçün 2564,671 manat təşkil edib.

Gümüş 0,1229 manat artaraq 1 unsiya üçün 30,3195 manata bərabər olub.

Platinin qiyməti 4,403 manat azalaraq 1515,0655 manat, palladiumun qiyməti 7,2675 manat artaraq 2855,4475 manat təşkil edib.