Riqa-Bakı aviareysi açılır

Latviyanın “AirBaltic” aviaşirkəti Riqa-Bakı birbaşa reyslərini işə salacaq.

ONN media xəbər verir ki, bu barədə Trend-ə ölkənin aviasiya bazarındakı mənbə məlumat verib.

Qeyd olunur ki, reyslər bu il mayın 2-dən yerinə yetirilməyə başlayacaq. Bu marşrut mövsümi xarakter daşıyacaq və dekabr ayınadək davam edəcək.

Hər iki istiqamətdə biletlərin minimal qiyməti 137 avro təşkil edir.