Sənaye üsulu ilə iki milyardıncı ton neftin hasil edilməsi münasibətilə bir qrup neftçi təltif edilib

Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda neft yataqlarından sənaye üsulu ilə iki milyardıncı ton neftin hasil edilməsi münasibətilə neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə bir qrup neftçinin təltif edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

ONN media xəbər verir ki, sərəncamlara əsasən 1 nəfər “Şöhrət” ordeni, 2 nəfər 2-ci dərəcəli “Əmək” ordeni, 12 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 48 nəfər “Tərəqqi” medalı ilə təltif olunub, 3 nəfərə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Həmçinin Azərbaycanda neft yataqlarından sənaye üsulu ilə iki milyardıncı ton neftin hasil edilməsi münasibətilə neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə 8 nəfərə “Əməkdar mühəndis”, 1 nəfərə “Əməkdar hüquqşünas” fəxri adı verilib.